Laosda tütün asılılığı hər il 6 mindən çox insanın ölümünə səbəb olur
Bakı, 6 aprel, AZƏRTAC
Laosda hər il 6 mindən çox insan tütün istifadəsinin yaratdığı xəstəliklər səbəbindən həyatını itirir.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, tütün asılılığı təkcə insan itkisinə deyil, həm də ölkə iqtisadiyyatına illik təxminən 3,6 milyard kip (təxminən 1,6 milyon ABŞ dolları) həcmində ciddi ziyan vurur.
Tütünlə Mübarizə üzrə Milli Komitənin iclasında elektron siqaretlərin qadağan edilməsi və qanunvericiliyin sərtləşdirilməsi məsələləri müzakirə olunub. Səhiyyə naziri Bayham Xatti tütün sənayesini ictimai sağlamlıq və milli inkişaf üçün əsas təhdid adlandırıb. Nazir bu bəla ilə mübarizədə dövlət qurumlarının birgə fəaliyyətinin və nəzarət mexanizmlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [11:53]
Baltikyanı ölkələrdə NATO təlimlərinin dəniz mərhələsi başlanıb
- 05.06.2026 [11:52]
Nigerdə səhrada 49 nəfər susuzluqdan ölüb
- 05.06.2026 [11:38]
Yaponiya köhnə nüvə reaktorlarını yeniləməyi planlaşdırır
- 05.06.2026 [11:35]
Monteneqro 2028-ci ilədək Aİ-yə üzv olmaq məqsədini bir daha təsdiqləyib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
- 04.06.2026 [23:35]
“Liverpul” yeni baş məşqçisini açıqlayıb
- 04.06.2026 [23:06]
Azərbaycan parataekvondoçuları Romada iki medal qazanıblar
- 04.06.2026 [22:40]
Tovuz rayonu Cəlilli kəndi içməli su ilə təmin olunub
- 04.06.2026 [22:21]
Türkiyə İslam bankçılığı sahəsində ilk beşliyə daxil olmağı hədəfləyir
- 04.06.2026 [22:00]