LATVİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ XANIM VAYRA VİKE-FREYBERQAYA
Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və dost Latviya xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan ilə Latviya arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Əminəm ki, bu yaxınlarda ölkəmizə səfəriniz çərçivəsində Sizinlə keçirdiyimiz görüşlər, apardığımız danışıqlar və fikir mübadiləsi, müxtəlif sahələrə dair imzalanan ikitərəfli sazişlər əməkdaşlığımızın yeni səviyyəyə yüksəlməsinə güclü təkan verəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost ölkənizə əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 8 noyabr 2005-ci il.