Latviyada yol hərəkəti haqqında yeni qanun qüvvəyə minib
Riqa, 23 may, AZƏRTAC
Mayın 23-də Latviyada yol hərəkəti haqqında yeni qanun qüvvəyə minib.
AZƏRTAC xəbər verir ki, bu gündən etibarən avtomobil idarə edən şəxslərin sürücülük və qeydiyyat vəsiqələrini özləri ilə daşımasına ehtiyac olmayacaq. Yol Hərəkəti Təhlükəsizliyi İdarəsinin rəsmi məlumatında bildirilir ki, sürücünün özü ilə şəxsiyyətini təsdiq edən sənədi daşıması kifayətdir. Digər sənədlərin olmamasına görə tətbiq olunan cərimələr də qüvvədən düşmüş hesab ediləcək.
Eyni qayda xarici vətəndaşlara tətbiq olunmayacaq. Onlar beynəlxalq normativlərə cavab verən sürücülük vəsiqələrini özləri ilə gəzdirməlidirlər.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2026 [18:29]
İspaniya qeyri-qanuni miqrantlarla bağlı qaydaları sərtləşdirir
- 28.08.2026 [18:23]
Almaniya bu il iqlim hədəfinə nail olmamaq riski ilə üzləşib
- 28.08.2026 [18:12]
Şimali Koreyanın nüvə potensialını 100 min dəfə artırdığı açıqlanıb
- 28.08.2026 [16:59]
Qara dənizdə gərginlik Baltik buğdasına marağı artırıb
- 28.08.2026 [16:52]
Alp dağlarında yaranan təhlükə ilə bağlı xəbərdarlıq edilib
- 28.08.2026 [16:48]
Qətər LNG tədarükü üzrə fors-major müddəti uzadıb
- 28.08.2026 [16:38]