LAYİHƏNİN MÜDDƏTİ UZADILMIŞDIR
Almaniyanın “Tauber” MMC-nin icraçı direktoru Hans-Dieter Brokşmidt AZƏRTAC-ın müxbirinə demişdir ki, şəhərin mərkəzi hissələrinin kanalizasiya sistemlərinin normal fəaliyyətini təmin etmək üçün Füzuli küçəsində 400 metr uzunluğunda, diametri 1,3 metr olan kanalizasiya xəttinin çəkilişində işlərin xeyli hissəsi yerinə yetirilmişdir. Bu sahədə qrunt sularının axınına rast gəlindiyindən onlar əlavə avadanlıq vasitəsilə qurudulur. Layihənin subpodratçısı bizim şirkət, baş podratçı təşkilatı yerli “Daşsalahlı” kiçik müəssisəsi, sifarişçisi isə “Azərsu” Səhmdar Cəmiyyətidir. Müqaviləyə əsasən, layihə üzrə işlər dekabrın sonunadək başa çatmalı idi. Lakin əlavə işlər meydana çıxdığından layihənin müddəti 2006-cı ilin fevralına qədər uzadılmışdır. Son zamanlar Bakıda aparılan nəhəng tikinti işləri ilə əlaqədar köhnə kanalizasiya sistemləri mövcud tələbata cavab vermir. Buna görə də kanalizasiya sistemləri yenidən qurulur və bu sahədə biz mini tunellər çəkməklə yeni kanalizasiya kollektorlarını inşa edib istifadəyə veririk.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:39]
Binəqədidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
- 08.10.2026 [11:27]
Özəl sektorun iqtisadi proseslərdə rolu dəyərləndirilib
- 08.10.2026 [11:22]
133 və 170 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib
- 08.10.2026 [11:20]
Sabunçuda avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunacaq
- 08.10.2026 [10:24]
“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı artıb
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]
Bu gün Ümumdünya Görmə Günüdür
- [07:36]
Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb
- 07.10.2026 [23:09]
Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər
- 07.10.2026 [22:11]