“Le Fiqaro”: Ermənistan helikopteri Azərbaycanın hava məkanını pozduğuna görə vurulub
Paris, 15 noyabr, AZƏRTAC
Azərbaycanın hava məkanını pozaraq təxribat xarakterli uçuşlar həyata keçirən Ermənistana məxsus “Mi-24” tipli helikopterin vurulması ilə bağlı məlumatlar Fransa mətbuatında da yayılıb.
“Le Fiqaro” qəzetində bu hadisə ilə bağlı dərc edilmiş yazıda Ermənistana məxsus helikopterin Azərbaycanın hava məkanını pozduğuna görə vurulduğu qeyd edilib. Yazıda Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumat verilir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]