“Le Monde” qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə yayıb
Paris, 24 aprel, AZƏRTAC
Fransanın “Le Monde” qəzetində Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə 2023-cü ilin sentyabrında Azərbaycan Ordusu ildırım sürətli hərbi əməliyyatla Qarabağa nəzarəti bütünlüklə ələ aldıqdan sonra mandatı 2025-ci ildə bitəcək Rusiya sülhməramlılarının da buradan çıxarılmasının gündəmə gəldiyi bildirilir. Qeyd edilir ki, 2020-ci ilin noyabr sazişi imzalandıqdan sonra təqribən 2000 nəfərlik Rusiya sülhməramlı kontingentinin burada qalmasına heç bir əsas yox idi.
“Prezident İlham Əliyev Qələbədən sonra regionda getdikcə daha vacib aktora çevrilib. Ukrayna müharibəsi ona diplomatik və iqtisadi planda daha böyük təsir imkanı qazanmağa şərait yaradıb. Azərbaycan bu gün təkcə Rusiyanın deyil, həm də qazla təchiz etdiyi Qərbin çox vacib tərəfdaşıdır”, - deyə məqalədə vurğulanıb.
Qəzet yazır ki, Rusiyadan asılılığı azaltmaq üçün Avropa İttifaqı 2022-ci ilin iyulunda Bakı ilə yeni qaz sazişi imzalayıb. Sazişə görə, Azərbaycan 2027-ci ilədək Avropaya satacağı qazın həcmini ikiqat artırmalıdır.
Məqalədə bir etiraf da diqqəti çəkir. Bildirilir ki, Ermənistan Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Qarabağda erməni mədəniyyətinin izlərinin silinməsinə görə cəzalandırılmasını istəyir. Ancaq qəzet Azərbaycanın Fransadakı səfirliyinə istinadla yazır ki, ölkə qanunvericiliyi respublika ərazisindəki, o cümlədən Qarabağdakı bütün dini və mədəni irsi heç bir diskriminasiyaya yol vermədən qoruyur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [10:47]
Metyu Klimov: ABŞ-nin Orta Asiya və Avrasiyada strateji maraqları var
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]
Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib
- 10.06.2026 [18:17]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [18:15]
Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan
- 10.06.2026 [18:14]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [18:02]
“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
- 10.06.2026 [17:59]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:57]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:51]