Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ləğv olunmuş MTN-in ayrı-ayrı vəzifəli şəxsləri barədə cinayət işi məhkəməyə göndərilib

Ləğv olunmuş MTN-in ayrı-ayrı vəzifəli şəxsləri barədə cinayət işi məhkəməyə göndərilib

Bakı, 5 sentyabr, AZƏRTAC 

Məlumat verildiyi kimi, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və sair faktlarla bağlı Baş Prokurorluğun ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işinin istintaqı davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ayrı-ayrı vətəndaşlardan və sahibkarlardan daxil olmuş çoxsaylı müraciətlər üzrə aparılmış kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq baş idarə rəisi Akif Çovdarov, həmin baş idarənin 1-ci idarəsinin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarəsinin sabiq rəisi Akif Əliyev və 3-cü idarəsinin birinci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun 2005-2015-ci illər ərzində mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə edərək, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edib sahibkarlıq fəaliyyəti ilə məşğul olan ayrı-ayrı şəxslərin telefon danışıqlarına gizli qulaqasma, texniki vasitələrdən, rabitə kanallarından informasiyanın çıxarılması və başqa xidməti sahələr üzrə qanunsuz əməliyyat-axtarış tədbirlərini həyata keçirməklə əldə edilmiş şəxsi, ailə, kommersiya və peşə sirri təşkil edən məlumatlardan istifadə edib çoxsaylı sahibkarların külli miqdarda əmlaklarını əldə etmək məqsədilə xidməti odlu silah və silah kimi istifadə edilən əşyaların tətbiqi, binalara qanunsuz girməklə müşayiət olunan hücuma məruz qalmış şəxslərin həyat və sağlamlıqları üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqınlar təşkil edib nazirliyin inzibati binasına gətirilib ailə üzvləri, yaxın qohumları ilə əlaqə saxlamalarına imkan verməyərək hərəkət sərbəstliklərinin məhdudlaşdırıb xidməti otaqlarda saxladıb qanunsuz azadlıqdan məhrum etmələrinə şübhələr müəyyən edilib.

Bundan başqa, həmin şəxslərin külli miqdarda pul vəsaitlərinin əllərindən alınması səbəbindən müflisləşmələri, onların psixi və fiziki zorakılıqlara məruz qalmaqla xəsarətlər almaları, sərbəst buraxılmaları müqabilində tələb olunan vəsaitin əldə olunması üçün ayrı-ayrı şəxslərə və kommersiya banklarına qarşı külli miqdarda borc və kredit öhdəliklərinin yaranması, daşınar və daşınmaz əmlaklarını dəyərindən olduqca aşağı qiymətə satmağa məcbur qalmaları kimi ağır nəticələrə səbəb olan, özlərinin və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, tutma, həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə fiziki və psixi təsirlər göstərilməklə 62 nəfər zərər çəkmiş şəxsin ümumilikdə 17 milyon 172 min manat, o cümlədən 6 milyon 900 manat məbləğində külli miqdarda pul vəsaitlərini, 9 milyon 375 min manat dəyərində zərgərlik məmulatları və daşınmaz əmlaklarını quldurluq və hədə-qorxu ilə tələb etməklə ələ keçirmələrinə, 897 min manat məbləğində nağd pul vəsaitlərini rüşvət kimi almalarına, həmçinin dövlət büdcəsindən xidməti vəzifələrinin icrası üçün ayrılmış 2 milyon 917 min manat məbləğində pul vəsaitlərini vəzifə saxtakarlığı ilə mənimsəmələrinə dair şübhələr müəyyənləşdirilib.

Zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

Təqsirləndirilən şəxslər - Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülməklə onların barəsində cinayət işi ayrıca icraata ayrılaraq, cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərər çəkmiş şəxslər, onların hüquqi varis və nümayəndələrinin cinayət işinin materialları ilə tanış olublar.

İş üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının baş prokuroru tərəfindən təsdiq edilərək sentyabrın 5-də aidiyyəti üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Hazırda ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin digər vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dayanıqlı inkişafın Qarabağ modeli: Şəhərsalma və iqlim öhdəliklərinin vəhdəti – Məqalə

Rumıniya Senatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı tədbir keçirilib

Şahin Növrəsli “Tbilisi Rhythm Festival-2026”da çıxış edib

Fərhad Abdullayev: “Heydər Əliyev və Azərbaycan ədliyyəsi" kitabı çox dəyərli əsərdir

Şirin Məlikova: Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda 18 mindən çox eksponat qorunur

® “PAŞA Holdinq”ə daxil olan “Agro Dairy” şirkəti beynəlxalq aqrar sərgi və forumlarda innovativ yanaşmalarını nümayiş etdirib

Şahin Mustafayev: Türk dillərində terminoloji yaxınlaşma prioritet istiqamətlərdəndir

Gürcüstanda ilk dəfə “Ozan saz” müsabiqəsi təşkil ediləcək

WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi həyata keçiriləcək

Azərbaycan filmi İtaliyada beynəlxalq festivalda təqdim olunub

Azərbaycan və Ukrayna uzunmüddətli strateji tərəfdaşlığın əsasını formalaşdırır – rəy

Nəzakət və intellektin vəhdəti - professor Nəzakət Məmmədli

Azərbaycan və Ukrayna regional çağırışlar fonunda strateji tərəfdaşlığı möhkəmləndirir – ekspert

Azərbaycanın latın qrafikasına keçidi: Rəsulzadənin baxışı

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar və əlilliyi olan gənclər inklüziv musiqili festivalda iştirak ediblər

Türk dillərində tibbi terminologiyanın inkişafına töhfə verən yeni lüğət

Cənub bölgəsində urban landşaftlarının ekoloji dayanıqlığı araşdırılıb

Muzeyin direktoru: Azyaşlılar üçün xüsusi maarifləndirici layihələr təşkil olunur

Vətəndaşların işğaldan azad edilmiş ərazilərə qayıdışı ilə bağlı müraciətləri dinlənilib

Universitetlərdə psixoloji xidmətin təşkili: xarici təcrübə və UNEC modeli – dəyirmi masa

Gənc qızların təhsilinə dəstək layihəsinin beynəlxalq tərəfdaşlarla inkişafı nəzərdən keçirilib

DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı olub

MEK Şimali Kipr Türk Respublikasında keçirilən beynəlxalq forumda təmsil olunur

Aqrar Sığorta Fondu vəhşi heyvan hücumları ilə bağlı fermerlərə müraciət edib

ATƏT-in Minsk qrupu: Diplomatik uğursuzluq və riyakarlıq nümunəsi VİDEO

ATƏT-in Minsk qrupu: Diplomatik uğursuzluq və riyakarlıq nümunəsi VİDEO

Heydər Əliyev təqaüdçülərinin ilk birgə konserti

“Varlıq” jurnalının Azərbaycan tarixində strateji əhəmiyyəti təhlil edilib - tədqiqat

WUF13 Festivalı Sumqayıtda

Ali Məclisin komitə iclasında bir neçə qanun layihəsi müzakirəyə çıxarılıb

Naxçıvanda üçəm dünyaya gəlib

Şəhid atası: Biz azad Qarabağda qalib xalq kimi yaşayırıq

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Tütün və tütün məmulatı haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 338-VIIQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 26 yanvar tarixli 895 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanda axtarış sistemləri bazarının göstəriciləri açıqlanıb

AzTU komandası “Game Summit 2026”nın qalibi oldu

Türkiyədə onlayn ticarətin həcmi bir ildə 50 faizdən çox artıb

Ekspert: Ukrayna və Azərbaycan enerji təhlükəsizliyi və infrastrukturun qorunması sahəsində əməkdaşlığı genişləndirə bilər

Ombudsman: Ölkəmizdə hüquqi dövlət quruculuğunun əsas strateji istiqamətləri Ümummilli Liderin adı ilə bağlıdır

İqlim dəyişiklikləri ilə əlaqədar şəhər infrastrukturlarına olan yeni tələblər - BMU-da seminar

AQTA: WUF13 tədbiri zamanı qidalanmanın təşkilinə nəzarət tədbirləri görülür

Kubanda məktəbdə baş verən atışma nəticəsində iki şagird yaralanıb

Ekspert: Avropa dövlət başçılarının Bakıya səfəri Azərbaycanın Avrasiya siyasi məkanında əhəmiyyətindən xəbər verir

Azərbaycanın bitki örtüyündə “səhra” və “psevdomakki” tipləri elmi cəhətdən sübut edilib - tədqiqat

Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında əməkdaşlıq genişlənir

Qətər ABŞ–İran razılaşması üzrə səylərini davam etdirir

Qazaxıstan 2030-cu ilədək qeyri-xammal ixracını 52 milyard dollara çatdırmağı planlaşdırır

Ötən mövsüm “Qarabağ”ın gəlirləri 12,7 faiz artıb

Domeniko Letisiya: Azərbaycan–İtaliya münasibətlərində yeni dövr başlayır- ŞƏRH

Kərkicahan qəsəbəsində yeni həyat: Müasir infrastruktur və bərpa olunan ümidlər

BMT: Qlobal qum tələbatının artması ətraf mühiti təhdid edir

“Microsoft”dan 150 min dollar qrant cəlb edən ilk Azərbaycan AI-startapı bu dəfə “Cloudflare”dən 25 min dollar alıb – MÜSAHİBƏ

MEDİA-da dəyirmi masa: “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır”

Azərbaycan və Niderland arasında mina təhlükəsi ilə mübarizə sahəsində əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb

ABŞ-də inflyasiya son iki ilin ən yüksək həddinə çatıb

Təhsil İnstitutu 4-cü və 6-cı siniflər üçün çərçivə sənədi hazırlayıb

AQTA zoonoz xəstəliklərə şübhəli heyvanların ölkəyə idxalının qarşısını alıb

Ali Məhkəmənin sədri: "Heydər Əliyev və Azərbaycan ədliyyəsi" kitabı xüsusi əhəmiyyətli nəşrdir

Sağlam gələcək naminə narkotiklərə yox deyək

KOBİA-nın rəhbəri sahibkarların müraciətlərini dinləyib

“Sabah”ın baş məşqçisi: Finalda digər klublar yox, özümüz üçün oynayacağıq

“Saudi Aramco” ötən rüb xalis mənfəətini 25 faiz artırıb

“Təhsildə sosial iş” xidməti çərçivəsində 460 uşağın dərsə davamiyyəti bərpa edilib

İraq generalı: Nəcəf səhrasında gizli yerləşdirilmiş desant qüvvəsi İsrailə məxsus olub

Daha bir şirkət “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti olub

Rizvan Nəbiyev: Azərbaycan hərbi qələbəni siyasi-diplomatik uğur və sülh modeli ilə tamamladı

Azərbaycan və bp əməkdaşlıq əlaqələrinin genişləndirilməsini dəyərləndirib

Ulu Öndər Heydər Əliyev qədim Qəbələni məhv olmaqdan necə xilas etdi? – Tarixi faktlar

Varşava – xarabalıqdan dirçələn şəhər VİDEO

Varşava – xarabalıqdan dirçələn şəhər VİDEO

"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim edib

Son 9 gündə Hörmüz boğazından ən çox tanker ötən gün keçib

® Hidrosel nədir və necə müalicə olunur?

Azərbaycanın sağlamlıq turizmi potensialı beynəlxalq sammitdə nümayiş etdirilir

Sədr müavini: Orta Dəhliz Avropa ilə Asiya arasında ən perspektivli logistika istiqamətlərindən birinə çevrilməkdədir

Ombudsman: Rusiya tərəfindən qaçırılan 2134 uşaq Ukraynaya qaytarılıb

“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”, “Standartlaşdırma haqqında” və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 187-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 iyun tarixli 413 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Fransız urbanist: Bakı genişmiqyaslı infrastruktur transformasiyalarını, şəhər innovasiyalarını və davamlı inkişafa sadiqliyi özündə birləşdirir

Tofiq Zülfüqarov: Keçmiş münaqişə dövründə Azərbaycana qarşı ideoloji təsir mexanizmlərindən istifadə olunurdu

Ötən il ABŞ-nin enerji istehsalı rekord səviyyəyə çatıb

MDU-da Birinci Türkoloji Qurultaya həsr edilmiş kitabın təqdimatı olub

İqtisadiyyat Nazirliyi və SOCAR ilə “BP Exploration Limited” şirkəti arasında sənədlər imzalanıb

Natiq Məmmədli: Azərbaycan regionda öz gücü ilə sülh modeli formalaşdırıb

Makronun Keniyadakı davranışı Fransada kəskin reaksiya doğurub

Emin Hüseynzadə: WUF13 tədbirində iştirak üçün qeydiyyatdan keçənlərin sayının artacağını gözləyirik

“Real Madrid” Joze Mourinyo ilə anlaşıb

FAO-nun Regional Konfransının 35-ci sessiyasında Azərbaycandakı innovativ layihələrdən danışılıb

AzMİU-da “Memarlıq həftəsi”nə start verilib: İnnovativ yanaşmalar ön planda

İstanbulda 29-cu Avrasiya İqtisadi Zirvə Görüşü işə başlayıb VİDEO

İstanbulda 29-cu Avrasiya İqtisadi Zirvə Görüşü işə başlayıb VİDEO

Səhiyyə Nazirliyi: Azərbaycan hantavirus üzrə endemik bölgə hesab olunmur

Azərbaycan xarici qüvvələrin vəziyyəti idarə etməsinə imkan verməyəcək qədər güclü dövlətdir – ŞƏRH

Afrika-Azərbaycan biznes-forumunun təşkili ilə bağlı fikir mübadiləsi aparılıb

® “PAŞA Bank” İlkin Kütləvi Təklif çərçivəsində səhmlərinin abunə yazılışının müddətini uzadıb

Lənkəranda zəncirvari qəza olub

ADAU BMT-nin Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsinin rəsmi üzvlüyünə qəbul edilib

Dünya Bankının “Business Ready” hesabatının “Vergitutma” indikatoru üzrə müzakirələr aparılacaq

Xaçmazda "VAZ-21014" 60 yaşlı piyadanı vuraraq öldürüb

Bakıda keçiriləcək UFC turnirinin bütün döyüşləri açıqlanıb

Akademik: Ermənistan Azərbaycana qarşı məqsədli şəkildə ekoloji terror aktları törədib

WUF13 keçiriləcək ərazilərdə rabitə və İT infrastrukturu gücləndirilib – Açıqlama

“EFES – 2026” təlimində tapşırıqlar uğurla icra olunub VİDEO

“EFES – 2026” təlimində tapşırıqlar uğurla icra olunub VİDEO

Azərbaycan Kubokunun final matçı FIFA referisinə tapşırılıb

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub VİDEO