Leklerin “Ferrari” ilə müqaviləsi 2022-ci ilə qədər nəzərdə tutulub
Bakı, 15 sentyabr, AZƏRTAC
“Ferrari” komandasının rəhbəri Mauritsio Arrivabene bildirib ki, “Skuderiya” yürüş akademiyasının yetirməsi Şarl Lekler ilə müqavilə 2022-ci ilə qədər nəzərdə tutulub.
Daha əvvəl məlum olub ki, Lekler növbəti mövsümdən etibarən İtaliya komandasının heyətində Kimi Raykkoneni əvəz edəcək.
AZƏRTAC xəbər verir ki, Mauritsio Arrivabene deyib: “Bu cür seçim qısamüddətli öhdəliklər üçün hesablana bilməz. Uzunmüddətli saziş yalnız növbəti il üçün nəzərdə tutula bilməz. Söhbət komandanın gələcəyindən və gənc istedadlarla işin vəziyyətindən gedir.
Lekler Formula 1-də ən istedadlı yürüşçülərdən biridir. Xoşbəxtlikdən o, bizimlə birlikdə böyüyüb. Ümidvaram ki, “Ferrari”də onun karyerası ən azı 2022-ci ilə qədər davam edəcək. Lakin ona güclü təzyiq göstərilsə, bu, çox böyük səhv ola bilər”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]
Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 06.10.2026 [11:09]