Lənkəran Dövlət Dram Teatrında soyqırımını əks etdirən ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur
Lənkəran, 31 mart (AZƏRTAC). Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə Lənkəran şəhərindəki xatirə kompleksinin önünə gül dəstələri düzərək faciə qurbanlarının xatirəsini ehtiramla yad etmişlər.
Tədbirdə çıxış edən teatrın direktoru Tofiq Heydərov erməni millətçilərinin zaman-zaman azərbaycanlılara qarşı törətdikləri soyqırımılarından, əsassız torpaq iddialarından, Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyü naminə atdığı addımların mühüm önəmindən danışmışdır.
Bildirilmişdir ki, 1918-ci ilin mart-aprel soyqırımı cənub bölgəsindən də yan keçməmiş, Lənkəran qəzasında 40-dək kənd yandırılmış, 2 minədək günahsız insan qətlə yetirilmişdir. Həmin vaxt erməni daşnaklar tərəfindən Gərmətük, Mamusta, Sütəmurdov, Kərgəlan kəndlərində görünməmiş talanlar və qırğınlar törədilmişdir.
Anım tədbiri teatrın aktyorlarının ifasında soyqırımı hadisələrindən bəhs edən ədəbi-bədii kompozisiya ilə başa çatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]