Lənkəran penitensiar müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb
Bakı, 23 iyul, AZƏRTAC
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran penitensiar müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, məhkumla qısamüddətli görüşə gəlmiş qardaşı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman diş məcununun içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə ümumi çəkisi 2,2 qram olan qurudulmuş marixuana aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 05.10.2026 [19:13]
NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub
- 05.10.2026 [19:02]
Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO
- 05.10.2026 [18:27]
Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO
- 05.10.2026 [18:03]
Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir
- 05.10.2026 [17:54]