LƏNKƏRANDA ƏLİLLƏRİN REGİONAL BƏRPA MƏRKƏZİ İSTİFADƏYƏ VERİLMİŞDİR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəsaiti ilə “Kurort-Tikinti” Birliyinin inşaatçıları tərəfindən 1100 kvadratmetr ərazidə inşa edilən 14 çarpayılıq yeni sağlamlıq oçağı BMT-nin İnkişaf Proqramı tərəfindən bütün tibbi avadanlıq və mebellə təmin olunmuşdur. Bərpa mərkəzində 35 nəfər həkim, orta tibb və texniki işçi əlillərə xidmət göstərəcəkdir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev lənkəranlıları yeni sağlamlıq ocağının istifadəyə verilməsi və Qurban bayramı münasibətilə təbrik etmiş, Prezident İlham Əliyevin əlillərin, o cümlədən aztəminatlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılmasına xüsusi diqqət və qayğı göstərdiyini vurğulamışdır.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli, BMT-nin Azərbaycandakı nümayəndəliyinin müavini Devid Heyzenberq və başqaları Qurban bayramı ərəfəsində bu gözəl hədiyyəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
Mərasim iştirakçıları adından Azərbaycan Prezidentinə müraciət qəbul edilmişdir.
(Müraciətin mətni qəzetin bugünkü nömrəsində dərc olunur).