LƏNKƏRANDA GƏNCLƏR TƏNTƏNƏLİŞƏRAİTDƏ HƏRBİ XİDMƏTƏ YOLA SALINIR
Bu münasibətlə keçirilmiş mərasimdə Lənkəranın müharibə veteranları və ictimaiyyətin nümayəndələri çıxış edərək ölkəmizdə əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu sahəsində əldə olunmuş nailiyyətlərdən danışmış, hərbi xidmətə yola düşən gənclərə ən xoş arzularını və tövsiyələrini bildirmişlər.
“N” saylı hərbi hissənin “Sərhədçi” nəfəsli orkestri və rayonun musiqi kollektivləri mərasimdə konsert proqramı ilə çıxış etmişlər.
Çağırışçı gənclər Heydər Əliyev meydanına gələrək ümummilli liderimizin abidəsi önünə gül-çiçək dəstələri qoymuş, ulu öndərin xatirəsini ehtiramla yad etmişlər.