LƏNKƏRANDA “HEYDƏR ƏLİYEV MÜSTƏQİL AZƏRBAYCAN DÖVLƏTİNİN BANİSİDİR” MÖVZUSUNDA ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLMİŞDİR
Milli qurtuluş gününə həsr olunmuş tədbirdə universitetin kafedra müdiri, filologiya elmləri namizədi Yədulla Ağazadə mövzu ilə bağlı məruzə etmişdir.
Toplantıda çıxış edənlər 1993-cü ilin yayında Azərbaycanın cənub bölgəsində baş verən ictimai-siyasi hadisələr barədə iştirakçılara məlumat vermiş, vətəndaş müharibəsi və parçalanmaq təhlükəsi qarşısında olan ölkəmizin məhz ümummilli liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra xaosdan, özbaşınalıqdan qurtulduğunu bildirmiş, böyük öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışlar.
Universitetin müəllimi Mirhaşım Talışlı Milli qurtuluş gününə həsr etdiyi şeirini oxumuşdur.
Tədbirdə ali təhsil ocağının iki tələbəsinə “Evropoen Tobacco” Açıq Səhmdar Cəmiyyətinin fəxri təqaüdləri, döş nişanları və diplomlar təqdim edilmişdir.
Mərasimdə Prezident İlham Əliyevə müraciət qəbul edilmişdir.