Lənkəranda keçmiş məhkum silah və narkotiklə tutulub
Lənkəran, 25 may, Bağır Əliyev, AZƏRTAC
Lənkəranda keçmiş məhkum silah və narkotiklə tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkum olunmuş Elmar Abdullayev saxlanılıb.
E.Abdullayevin üzərindən dörd bükümdə heroin, üç bükümdə psixotrop maddə metamfetamin, bir ədəd qundağı və lüləsi kəsilmiş ov tüfəngi, həmin silaha aid 4 ədəd patron və “Makarov” tipli tapançaya aid 6 ədəd güllə aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.