Leonid Kalaşnikov: Rusiyanı Qarabağda gedən müharibəyə cəlb etməyə cəhd göstərirlər
Moskva, 6 oktyabr, AZƏRTAC
Rusiyanı hazırda Azərbaycan ilə Ermənistan arasında gedən müharibəyə cəlb etməyə cəhd göstərirlər.
AZƏRTAC xəbər verir ki, RF Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə Komitəsinin sədri Leonid Kalaşnikov bu fikri “Rossiya 1” telekanalının “60 minut” siyasi tok-şousunun yeni buraxılışında söyləyib.
Verilişdə Almaniyanın “Spiegel” jurnalında dərc olunan materiala istinadən Qarabağda döyüşlərdə yaraqlıların iştirakı mövzusu müzakirə edilib. Deputat qeyd edib ki, o, dürüst məlumatlar almaqdan ötrü Azərbaycan Prezidentini dinləyir. Deputat Rusiyanı daim bu münaqişəyə cəlb etməyə cəhd göstərilməsindən hiddətləndiyini bildirib. Kalaşnikovun fikrincə, indiki vəziyyətdən çıxmağın yolu Kazan müqaviləsinin maddələrini yerinə yetirməkdir, yəni sərhədlərin açılması müqabilində Ermənistan tədricən rayonları qaytarmalıdır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]