LERİKDƏ İSTİRAHƏT PARKI SALINIR
Rayon icra hakimiyyətindən bildirmişlər ki, ölkə başçısının tapşırığına müvafiq olaraq Lerik qəsəbəsində abadlıq işləri üçün dövlət büdcəsindən 720 min manat (AZN) vəsait ayrılmışdır.
Nərimanov küçəsində 6 min kvadratmetr ərazidə inşa edilən yeni istirahət parkının tikintisində “Aqrartikinti” ASC-nin işçiləri ilə yanaşı 20 nəfər yerli sakin də çalışır.
Sakinlərin mənalı istirahəti üçün hər cür şəraitin yaradılması nəzərdə tutulmuşdur.
Yeni istirahət mərkəzi sentyabrda istifadəyə veriləcəkdir.