Leyla Mahmudova: COP29-da Yaşıl zona üzrə əməliyyatlar davam etdirilir
Bakı, 18 oktyabr, AZƏRTAC
COP29-da Yaşıl zona üzrə əməliyyatlar davam etdirilir. Yaşıl zona ictimaiyyətə açıq olan bir ərazidir, yəni, hər kəs bu zonaya daxil ola bilər. Biletlərin satışı “i-ticket” üzərindən tamamilə pulsuz həyata keçiriləcək. Mavi zonaya bəciki olan insanlar Yaşıl zonaya və digər ərazilərə daxil ola biləcəklər.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında COP29 Tərəfdaşlarla əlaqələr sektorunun müdiri Leyla Mahmudova söyləyib.
O bildirib ki, Yaşıl zona ümumilikdə pavilyonları əhatə edəcək, burada həm xarici, həm də yerli şirkətlər, dövlət sektoru, futkord, konfrans otaqları və əsas əməliyyat mərkəzi yerləşəcək. Əsas əməliyyat mərkəzi COP29 tədbiri zamanı bütün əməliyyatlarını həyata keçirəcəyi məkan olacaq.
Bundan əlavə, burada “Ekstrem Hənqaut” zonası da yaradılacaq.