LİNARİSDƏ GƏRGİN MÜBARİZƏ
Linarisdə iri beynəlxalq şahmat yarışında çıxış edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov üçün başa çatan həftənin sonu çətin olmuşdur. O, iki gün ərzində cəmi bir xal qazanmışdır. AZƏRTAC xəbər verir ki, T.Rəcəbov ötən həftə dünya çempionu Vlastelin Topalovla görüşmüş və qara fiqurlarla gərginlik yarada bilmişdir. Lakin rəqiblərin heç biri gözəçarpan üstünlük qazanmamış və oyun heç-heçə başa çatmışdır.
T.Rəcəbov oyunu şərh edərək, görüşün gedişatını onun xeyrinə çevirə biləcək bir sıra məqamları qeyd etmişdir, lakin dünya çempionu inamla oynamış, əks-hücum təşkil etmiş və oyunun heç-heçə bitməsi yarışın məntiqi nəticəsi olmuşdur. Martın 1-də qrossmeyster L.Aronyanla çox qısa, lakin gərgin görüş də qrossmeysterimizə yarım xal qazandırmışdır.
Onuncu turdan sonra T.Rəcəbov hindli Vişvanatan Anandın başçılıq etdiyi yarış cədvəlinin ortasında mövqe tutmuşdur. Lakin, onun dediyinə görə, o, psinsipcə, vəziyyətdən razıdır: “Əlbəttə, bir sıra partiyaları daha yaxşı oynaya bilərdim, lakin, yəgin, yorğunluq özünü göstərir. Axı, mən ilin əvvəlindən artıq üçüncü yüksək kateqoriyalı turnirdə çıxış edirəm, belə yarışlar isə çoxlu qüvvə və enerji tələb edir. Lakin hər şey olduğu kimi gedir və güman etmirəm ki, səviyyəmin aşağı enməsindən danışmağa səbəb vardır”.