Lionel Messi eyni klubda qolların sayına görə Herd Müllerin rekordunu təzələyib
Bakı, 16 yanvar, AZƏRTAC
Kataloniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi Avropa top-liqasında (İspaniya, İngiltərə, Almaniya və Fransa) eyni klubda vurulan qolların sayına görə “Bavariya”nın hücumçusu Herd Müllerin rekordunu təzələyib.
AZƏRTAC xəbər verir ki, argentinalı İspaniya çempionatının 19-cu turunda “Real Sosyedad”la səfərdə keçirilən matçda (4:2) qol vurub. Beləliklə, onun İspaniya birinciliyində keçirdiyi 401 matçda vurduğu qolların sayı 366 olub.
1964-cü ildən 1979-cu ilədək “Bavariya”nın idman şərəfini qoruyan Müller isə Almaniya çempionatında keçirdiyi 427 matçda 365 qol vurub.
Messi “Barselona”da 2004-cü ildən oynayır və bu vaxt ərzində o, səkkiz dəfə İspaniya çempionu, beş dəfə İspaniya kubokunun sahibi və dörd dəfə UEFA Çempionlar Liqasının qalibi olub.
2017-ci il noyabrın 25-də “Barselona” Messi ilə kontraktın 2021-ci ilədək uzadıldığını elan edib və kontraktda futbolçunun sərbəst qalmaq qiyməti 700 milyon avro təyin edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [23:24]
Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]