“LİTVA TİCARƏT EVİ” YENİ MƏHSULLARINI NÜMAYİŞ ETDİRİR
Bakı, 7 oktyabr (AZƏRTAC). Bakıda keçirilən “Caspian Agro-2009” Beynəlxalq kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı və qablaşdırılması sərgisində “Litva Ticarət Evi” də yeni məhsullarını nümayiş etdirir.
Şirkətin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Əhməd Məmmədov bildirmişdir ki, sərgidə müxtəlif çeşidli Litva istehsalı olan yeyinti malları - 20 adda süd məhsulu, 68 adda şirniyyat, 40 adda çörək məmulatı, kvas və s. xüsusi stenddə təqdim olunur. İkinci dəfədir ki, belə sərgidə iştirak edirik. Ərzaq məhsullarımıza maraq böyükdür. Çünki onların hamısı yüksək keyfiyyətlidir. Məqsədimiz yerli iş adamları ilə yeni əlaqələr yaratmaq, məhsullarımızı Azərbaycan bazarına çıxarmaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]