Litvada naməlum PUA prezident təyyarəsinin enişinə mane olub
Bakı, 3 sentyabr, AZƏRTAC
Litva Prezidenti Gitanas Nausedanın da göyərtəsində olduğu Hərbi Hava Qüvvələrinə məxsus “Spartan” təyyarəsinin Vilnüs hava limanına enişi pilotsuz uçuş aparatına (PUA) görə gecikib.
AZƏRTAC xəbər verir ki, hava limanı yaxınlığında naməlum pilotsuz uçuş aparat aşkar edildikdən sonra Vilnüs aeroportunda aviasiyanın hərəkəti müvəqqəti olaraq dayandırılıb. Uçuşlar yalnız təhlükə aradan qaldırıldıqdan sonra bərpa edilib.
Litvanın Nəqliyyat və Kommunikasiya Nazirliyindən verilən məlumata əsasən, reklam məqsədilə havaya qaldırılan PUA-nın uçuşu müvəqqəti məhdudiyyətləri pozmaqla həyata keçirilib.
Qeyd edək ki, bir müddət öncə Prezident Gitanas Nauseda Litvanın Ukraynaya hərbi kontingent göndərməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, Ukraynaya göndəriləcək kontingent bir neçə yüz hərbçidən ibarət ola bilər və bu, Litvanın əvvəllər Əfqanıstandakı hərbi missiyada iştirakına bənzəyəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [23:44]
İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib
- 29.09.2026 [22:08]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]