Litvanın ən böyük turoperatorunun gəlirləri 80 faizdən çox azalıb
Vilnüs, 17 dekabr, AZƏRTAC
Bu ilin yanvar-noyabr aylarında Litvanın ən böyük turoperatorlarından olan “Novaturas”ın gəlirləri 32,4 milyon avro təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə nisbətdə 81 faiz azdır.
AZƏRTAC Nasdaq birjasının yaydığı məlumata əsasən xəbər verir ki, ötən ay aviaqrupun gəliri 0,2 milyon avro təşkil edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 98 faiz azlıq təşkil edir.
Məlumata görə, bu ilin on bir ayı ərzində şirkət 47,8 min müştəriyə xidmət göstərib ki, bu da ötən il ilə müqayisədə 83 faiz azdır.
Şirkətdən verilən məlumata görə, noyabr ayında baş verən dəyişikliklər səbəbi ilə “Novaturas” bütün bazarlarda fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]
Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb
- 10.08.2026 [14:41]
Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir
- 10.08.2026 [14:13]