LİVAN MÜSTƏQİLLİK GÜNÜNÜ QEYD ETMİŞDİR
Bayram tədbirləri hərbi paradla başlanmışdır. Paradı Prezident Emil Lahud, Baş nazir Fuad əs-Sinyora və parlamentin sədri Nəbih Berri qəbul etmişlər.
Prezident sarayında təntənəli qəbul olmuşdur. Lakin qətlə yetirilmiş sabiq Baş nazir R.Həririnin oğlu Səad Həririnin başçılıq etdiyi 38 deputatdan ibarət ən iri parlament bloku saraya gəlməkdən imtina edərək, ölkə Prezidentini qətldə dolayısı ilə təqsirli bildiyini nümayiş etdirmişdir. Avropa İttifaqı ölkələrinin səfirləri də bu səbəbdən qəbula öz müavinlərini göndərmiş, özləri isə R.Həririnin məzarını ziyarətə getmişlər.
Prezident Emil Lahud bayram münasibətilə Livan xalqına müraciətində milli birliyin vacibliyini vurğulamış, millətin xeyrinə və daxili birlik naminə bütün fikir ayrılıqlarını kənara qoymağa çağırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:40]
Omanla Qazaxıstan arasında sənədlər imzalanıb
- 07.10.2026 [11:13]
Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib
- 07.10.2026 [11:12]
Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb
- 07.10.2026 [11:11]
BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib
- 07.10.2026 [10:21]
Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peyki orbitə göndərib
- 07.10.2026 [09:36]