Liviya sahillərində 258 qeyri-qanuni miqrant xilas edilib
Bakı, 7 oktyabr, AZƏRTAC
Liviya sahillərində Sərhədsiz Həkimlər Təşkilatının gəmisi Aralıq dənizini keçməyə çalışan 258 qeyri-qanuni miqrantı xilas edib.
AZƏRTAC “Associated Press” Agentliyinə istinadla xəbər verir ki, xilas edilənlər Neapol yaxınlığındakı Salerno limanına aparılıb. Miqrantların əksəriyyəti Suriya və Misirdəndir.
Oktyabrın 2-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı xəbərdarlıq edib ki, İtaliya bu il 2016-cı ildən bəri ən böyük miqrant axını ilə üzləşə bilər. 2023-cü ilin yanvarından indiyədək İtaliyaya 133 mindən çox miqrant gəlib.
Bundan əvvəl İtaliya hökuməti qeyri-qanuni miqrantlarla mübarizə üçün yeni tədbirlər görərək, onların saxlanma müddətini 18 aya qədər uzadıb və ölkənin az məskunlaşdığı ərazilərdə qeyri-qanuni immiqrantlar üçün yeni saxlanma mərkəzləri yaratmaq planlarını açıqlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]
Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib
- 02.10.2026 [14:43]
FAO: Qlobal ərzaq qiymətləri son dörd ilin ən yüksək səviyyəsinə çatıb
- 02.10.2026 [13:58]