Liviya vəliəhdinin oğlu konstitusiyalı monarxiya quruluşunun bərpasına çağırış edib
Qahirə, 18 noyabr, AZƏRTAC
Liviya vəliəhdinin oğlu Məhəmməd Rza əs-Sənusi siyasi qeyri-müəyyənliklə üzləşən ölkənin konstitusiyalı monarxiya idarəetmə formasına keçidini xilas yolu adlandırıb.
AZƏRTAC “erem nyus” saytına istinadla xəbər verir ki, paytaxt Tripolidə keçirilən Milli Vəhdət və Sülh Forumunda çıxışında o, “monarxiya institutu”nun qorunmasında maraqlı olduğunu bildirib.
Siyasi şərhçilərin bir çoxu əs-Sənusinin bu çağırışının siyasi böhranın həllində ideal seçim olmadığını deyirlər. Bildirilib ki, bu ideya reallıqdan uzaqdır.
Qeyd edilməlidir ki, Məhəmməd İdris əs-Sənusi 1951-1969-cu illərdə Liviyanın Kralı olub. 1969-cu ildə Müəmmər Qəzzafi tərəfindən hakimiyyətdən uzaqlaşdırılıb.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [20:02]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [19:06]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [16:47]
Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb
- 07.08.2026 [16:35]