Loqopedik bantlar nitq qüsurlarını aradan qaldırmağa kömək edir
Bakı, 14 aprel, AZƏRTAC
Son vaxtlar nitq qüsurlarının müalicəsi üçün loqopedik bantlardan istifadə olunur və müsbət nəticələr əldə edilir.
AZƏRTAC xəbər verir ki, loqoped-defektoloq Şəhla Əliyeva bununla əlaqədar deyib: “Loqopedik bantlar aktiv olmayan əzələləri fəallaşdırır. Məsələn, uşaqda ağız suyu həddindən artıq ifraz olunanda, həmçinin Daun sindromu və serebral iflic zamanı həmin problemlərə daha çox rast gəlinir. Loqopedik bantlar problemin aradan qaldırılmasına çox müsbət təsir göstərir”.
Onun dediyinə görə, udma və çeynəmə problemləri zamanı da həmin bantlardan istifadə faydalıdır: “Əsasən səs pozuntusu olan uşaqlarda dodaq əzələləri aktiv olmur, yanaq əzələləri passiv vəziyyətdə olur və həmin hallarda bantlardan istifadə edilməsi çox yaxşıdır. Onun istifadəsi dodaq əzələlərini fəallaşdırır, xüsusilə çeynəmə və udma problemləri olanda səmərəli nəticə verir”.
Bəzən valideynlər bunu evdə özləri etməyə çalışırlar, lakin bu, düzgün deyil: “Bu zaman artikulyar aparatın hansı yöndən inkişaf edəcəyini bilməyən valideyn uşağı yanlış istiqamətləndirə bilər. Ona görə də mütəxəssis məsləhəti olmadan həmin bantlardan istifadə etmək olmaz”, - deyə loqoped-defektoloq xəbərdarlıq edib.
Onu da qeyd edək ki, allergiya, dəri həssaslığı, səpki və qızdırma olanlara da həmin üsulu tətbiq etmək qadağandır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]