“Los-Anceles Leykers” müntəzəm çempionatın sonuncu oyununda məğlub olub
Bakı, 14 avqust, AZƏRTAC
Milli Basketbol Assosiasiyasının (MBA) müntəzəm çempionatında “Los-Anceles Leykers” sonuncu oyununa çıxıb.
AZƏRTAC xəbər verir ki, Qərb konfransının lideri bu dəfə “Sakramento Kinqz”lə qarşılaşıb. Sürətli keçən görüşdə 258 xal qeydə alınıb.
Orlandoda keçirilən matça daha yaxşı başlayan Los-Anceles basketbolçuları ilk hissədə qalib gəliblər. Sonradan təşəbbüsü əldən verən komanda yekunda 122:136 hesabı ilə məğlub olub.
Oyunun ən yaxşısı Baddi Hild olub. “Sakramento Kinqz” komandasının üzvü 28 xal, 5 ribaund, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:49]
Cavid Hüseynov “Araz-Naxçıvan”ın baş məşqçisi olub
- 16.06.2026 [14:39]
Azərbaycandailk dəfə çimərlik voleybolu üzrə turnir təşkil olunacaq
- 16.06.2026 [14:27]
Antonio Rüdiger “Real Madrid”lə yeni müqavilə imzalayıb
- 16.06.2026 [14:18]
“Gəncə” üç voleybolçu ilə vidalaşıb
- 16.06.2026 [13:11]
AFFA-da 5 ulduz sertifikatlaşdırma modelinin ilkin təqdimatı baş tutub
- 16.06.2026 [12:54]
Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi start götürəcək
- 16.06.2026 [12:46]
“Şəfa” Elnur Cəfərovla müqavilə müddətini uzadıb
- 16.06.2026 [12:40]