Lui van Qal Niderland yığmasının sabiq çalışdırıcısı Dik Advokatın rekordunu təkrarlayıb
Bakı, 26 sentyabr, AZƏRTAC
Niderland millisinin baş məşqçisi Lui van Qal yığmanın sabiq çalışdırıcısı Dik Advokatın rekordunu təkrarlayıb.
AZƏRTAC xəbər verir ki, bu, onun komandasının UEFA Millətlər Liqasının qrup mərhələsinin 6-cı turunda Belçikanı məğlub etməsi (1:0) nəticəsində qeydə alınıb. Yetmiş bir yaşlı mütəxəssis Niderland millisi ilə 37-ci qələbəsini qazanıb. Beləliklə, o, 1992-1994-cü, 2002-2004-cü və 2017-ci illərdə yığmanı çalışdıran Dik Advokatın rekordunu təkrarlayıb.
Qeyd edək ki, Van Qal 2021-ci ildən Niderland millisinə baş məşqçilik edir. O, 2000-2001-ci və 2012-2014-cü illərdə də bu komandanı çalışdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:47]
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda oynaya bilər
- 02.10.2026 [15:18]
Xankəndidə Futbol Akademiyası yaradılacaq
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]