LÜKSEMBURQ BÖYÜK HERSOQLUĞUNUN BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB JAN-KLOD YUNKERƏ
Hörmətli cənab Baş nazir,
Lüksemburq Böyük Hersoqluğunun milli bayramı – Böyük Hersoqun təvəllüd günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Əminəm ki, ölkələrimiz arasındakı əlaqələrin genişlənməsi daim xalqlarımızın mənafeyinə xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 iyun 2004-cü il.