MACARISTANDA AZƏRBAYCAN DİASPORU GÜCLƏNDİRİLƏCƏK
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, Macarıstanda yaşayan azərbaycanlıların təşkilatlanması və onların problemlərinin həllinə yaxından kömək etmək məqsədi ilə tədbirlər planı hazırlanmışdır. Yanvarın ortalarında Macarıstana ezam olunacaq Komitənin bir qrup əməkdaşı Budapeştdə Azərbaycan diasporunun yaradılması ilə bağlı tədbirlərdə iştirak edəcək, soydaşlarımıza tövsiyələrini verəcəklər. Diaspor təşkilatımız bütün lazımi əyani vəsait və atributlarla təmin olunacaqdır. Təşkilat azərbaycanlıların problemlərinin həlli ilə yanaşı, ölkələrimiz arasında əlaqələrin inkişafına da kömək edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Beynəlxalq səyyahlar Şuşada
- [13:30]
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]