Macarıstanın tənzimləyici qurumu AERA-nın əməkdaşları üçün seminar keçirib
Bakı, 21 noyabr, AZƏRTAC
Macarıstanın Enerji və Kommunal Xidmətlər sahəsində Tənzimləyici Qurumu (MEKH) Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) müvafiq şöbələrinin əməkdaşları üçün “Macarıstan və Avropa İttifaqında yeraltı qaz anbarları sisteminin tənzimlənməsi” mövzusunda onlayn seminar keçirib.
AERA-dan AZƏRTAC-a bildirilib ki, seminarda yeraltı qaz anbarlarının rolu və növləri, müvafiq sahədə tənzimləməyə dair Avropa İttifaqı və Macarıstanda tətbiq olunan normativ hüquqi baza, 2022-ci ildə qaz böhranının yeraltı qaz anbarları sisteminin tənzimlənməsinə və roluna təsiri, həmçinin digər məsələlərlə bağlı məlumat verilib.
Sonda AERA-nın əməkdaşlarının sualları cavablandırılıb və müzakirələr aparılıb.