“MACDERMOTT” SUALTI BORU KƏMƏRLƏRİNİN QURAŞDIRILMASI PROQRAMINI UĞURLA HƏYATA KEÇİRİR
Şirkət ABƏŞ ilə imzalanmış müqavilələr çərçivəsində kompleks göyərtələrin hazırlanması və Xəzər dənizinin Azərbaycan sektorunda ABƏŞ tərəfindən işlənilən “Azəri”, “Günəşli” və “Çıraq” yataqlarının Faza 1, Faza 2 və Faza 3 layihələri üçün sualtı boru kəmərlərinin quraşdırılması üzrə işləri uğurla həyata keçirir.
Bununla yanaşı, “MacDermott” Faza 1 çərçivəsində “Şahdəniz” yatağının işlənilməsi layihəsi ilə bağlı sualtı boru kəmərlərinin quraşdırılması üçün “British Petroleum Exploration (Şahdəniz) Limited” (BPŞD) şirkəti ilə müqavilə də imzalamışdır.
ABƏŞ ilə imzalanmış müqavilələr çərçivəsində “MacDermott” şirkəti Bakı dəniz özülləri zavodunun ərazisində yerləşən qurğuların hərtərəfli modernləşdirilməsi proqramını icra etmiş və ARDNŞ-ə məxsus “İsrafil Hüseynov” borudüzən barjının və “Akademik Tofiq İsmayılov” dalğıc gəmisinin müasir texnoloji səviyyəyə çatdırılmasını həyata keçirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [15:28]
® “iTicket” artıq “ABB mobile”da!
- 13.10.2026 [15:20]
Azərbaycanda fəaliyyət göstərən mobil operatorların gəlirləri artıb
- 13.10.2026 [15:12]
AAYDA sədri Laçın və Kəlbəcər sakinləri ilə görüşəcək
- 13.10.2026 [14:24]
Sabahdan Novxanı-Pirşağı kanalizasiya kollektorunun tikintisinə başlanılır
- 13.10.2026 [13:33]
Səbail rayonunda su təchizatı bərpa olunub
- 13.10.2026 [13:26]