MAESTRO NİYAZİNİN İRSİNƏ HƏSR OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, Bakı Klassik Musiqi Klubu görkəmli Azərbaycan dirijoru və bəstəkarı, xalq artisti Niyazi Tağızadə-Hacıbəyovun irsinə həsr olunmuş növbəti iclas keçirmişdir. Gecənin mövzusu Niyazinin 1972-ci ildə səhnələşdirilmiş “Çitra” baleti olmuşdur.
Bəstəkar, xalq artisti Musa Mirzəyev, musiqişünas, Bakı Musiqi Akademiyasının aspirantı Bikə Axundova və başqaları Niyazinin yaradıcılıq yolundan danışmışlar.
Əməkdar artist Rəna Rzayeva və əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyovanın ifasında Niyazinin, Qara Qarayevin, Stravinskinin və başqalarının əsərləri səslənmişdir.
Maestro Niyazinin yaradıcılığına onlarca tədqiqat əsəri həsr olunmuşdur. Xalq yazıçısı Anar yazır: “Elə insanlar var ki, incəsənətdə bütöv bir dövr onların adı ilə bağlıdır və onlar dünyadan köçəndə müəyyən dövr də başa çatır. Dirijor və bəstəkar, musiqi xadimi və ictimai xadim maestro Niyazi belə insanlardandır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]