Magistrantlar üçün onlayn tədris təsdiqlənmiş dərs cədvəlinə uyğun olaraq aparılır
Bakı, 13 aprel, AZƏRTAC
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “AMEA-nın magistrantları üçün distant (məsafədən) tədrisin təşkil edilməsi haqqında” sərəncamına əsasən Torpaqşünaslıq və Aqrokimya İnstitutunda təhsil alan magistrantlar üçün dərslər distant formada tədris edilir.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, institutun professor-müəllim heyəti tərəfindən torpaqşünaslıq və aqrokimya ixtisasları üzrə təhsil alan magistrantlara dörd fəndən onlayn dərslər keçirilir. İnstitutun Təhsil şöbəsinin müdiri Fərrux Xəlilov bildirib ki, distant tədris ikinci semestr üzrə təsdiqlənmiş dərs cədvəlinə uyğun olaraq aparılır.
Mütəmadi olaraq, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinə institutda dərslərin gedişatı ilə bağlı məlumat verilir. Distant tədris prosesi institut rəhbərliyinin və Təhsil şöbəsinin nəzarəti altında həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [14:21]
Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir – ŞƏRH
- 13.10.2026 [14:12]
Akademik Faiq Bağırzadənin biblioqrafik göstəricisi nəşr olunub
- 13.10.2026 [14:03]
Azərbaycanda ilk dəfə: ADU-da suahili dilinin tədrisinə başlanılıb
- 13.10.2026 [13:40]