Mahir Emreli Almaniya çempionatında debüt etməyə hazırlaşır
Bakı, 18 sentyabr, AZƏRTAC
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın “Nürnberq” klubunda debüt etməyə hazırlaşır.
AZƏRTAC xəbər verir ki, 27 yaşlı hücumçu yeni komandasında ilk oyununu sentyabrın 21-də evdə “Herta” komandasına qarşı keçirə bilər.
II Bundesliqa təmsilçisinin baş məşqçisi Miroslav Kloze bu görüşdə oyunçuya şans vermək istədiyini bildirib: “Mahirin bu matça start heyətində başlayıb-başlamayacağını dəqiq deyə bilmərəm. Bəlkə də bu, onun üçün bir az tez olar. Amma əminəm ki, Mahir hazırda meydanda ən azı 30 dəqiqə qaça biləcək vəziyyətdədir”.
Qeyd edək ki, Mahir Emreli “Nürnberq”ə avqustun 6-da transfer olunub. Onunla 1 illik müqavilə imzalanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]
Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 06.10.2026 [11:09]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinin təyinatları açıqlanıb
- 06.10.2026 [10:57]