Mahir Emreli Reynaldo Silvanı qabaqlayıb
Bakı, 3 fevral, AZƏRTAC
Ağdamın “Qarabağ” futbol klubunun tarixinin ən yaxşı bombardirləri siyahısında dəyişiklik olub. Azərbaycan kubokunun dörddəbir final mərhələsinin “Qəbələ” ilə ilk oyununda (3:1) dubla imza atan Mahir Emreli indiki komandasının heyətində vurduğu qolların sayını 63-ə çatdırıb.
AZƏRTAC xəbər verir ki, o, buna 2015-ci ilin yayından şərəfini qoruduğu “Qarabağ”da keçirdiyi 183 matçda nail olub. Hücumçunun orta məhsuldarlığı 0,34-ə bərabərdir. Forvard Premyer Liqada 51, ölkə kubokunda 7, avrokuboklarda 5 dəfə rəqib qapısına yol tapıb.
M.Emreli “Qarabağ”dakı qol sayını 63-ə çatdırmaqla klub tarixinin 2-ci ən yaxşı bombardiri olub. O, “Qəbələ” ilə görüşdəki qollarla braziliyalı Reynaldo Silvanı arxada qoyub. Cənubi amerikalının hesabında 62 top var.
Qeyd edək ki, “Qarabağ”ın tarixinin ən yaxşı bombardiri Müşfiq Hüseynovdur. Onun aktivində 159 qol var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [22:20]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [20:01]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [18:28]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:09]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb
- 12.06.2026 [18:06]
Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb
- 12.06.2026 [17:46]
Atletika üzrə Azərbaycan çempionatı start götürüb
- 12.06.2026 [16:00]
Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub
- 12.06.2026 [15:38]