“Maklaren” 2019-cu il mövsümü üçün bolidin təqdimat tarixini elan edib
Bakı, 4 yanvar, AZƏRTAC
Formula 1 komandası 2019-cu il çempionatı üçün bolidi fevralın 14-də - Müqəddəs Valentin Günündə təqdim edəcək.
AZƏRTAC xəbər verir ki, “Maklaren” bu münasibətlə öz “Tvitter” səhifəsində ürək forması yaradan iki dəbilqə şəkli yerləşdirib.
Şəklin altında bu sözlər yazılıb: “Maşınların bəziləri qırmızı, digərləri göy rəngdədir. Müqəddəs Valentin Günündə biz öz maşınlarımızı sizə göstərəcəyik”.
Xatırladaq ki, növbəti çempionatda bu komandanın pilotları Lando Norris və Karlos Sayns olacaq.
2019-cu ildə Formula 1 yarışlarının əlamətdar tarixləri hələlik bunlardır:
12 fevral - “Reno” bolidinin təqdimatı,
13 fevral - “Fors İndia” bolidinin təqdimatı,
14 fevral - “Maklaren” bolidinin təqdimatı,
15 fevral - “Ferrari” bolidinin təqdimatı,
18-21 fevral - mövsümqabağı birinci testlər,
26 fevral - 1 mart mövsümqabağı ikinci testlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]