Malavi Prezidenti Cənubi Afrika ölkələrini iqlim dəyişikliyinin həllində regional əməkdaşlığa çağırır
Bakı, 11 iyul, AZƏRTAC
Malavi Prezidenti Lazarus Çakvera Cənubi Afrika ölkələrini iqlim dəyişikliyi problemlərinin həllinə kömək edəcək yollar tapmaqda əməkdaşlıq etməyə çağırıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Malavi Prezidenti Lilonqvedə keçirilən ikigünlük Cənubi Afrika Kənd Təsərrüfatı Birlikləri Konfederasiyasının (CAKTB) illik konfransında açılış nitqi zamanı bu əməkdaşlığın vacibliyini vurğulayıb. Konfrans Afrikanın cənubunda 12 ölkənin nümayəndələrini bir araya gətirib.
Çakvera El Nino və siklonlar kimi iqlim dəyişikliyinin təkcə Malavi fermerlərinə deyil, bütün Cənubi Afrika bölgəsindəki fermerlərə təsir etdiyini söyləyib. O, regional həmrəyliyin vacibliyini vurğulayaraq ölkələri birgə həll yolları hazırlamağa çağırıb.
Malavi Prezidenti əməkdaşlığın iqlim dəyişikliyinin bölgədəki fermerlərə təsirlərini effektiv şəkildə yumşaltmaq üçün möhkəm strategiya hazırlamağa kömək edəcəyini söyləyib. O, Malavinin həyata keçirdiyi əsas təşəbbüsləri, o cümlədən istixana qazı emissiyalarını azaltmaq, karbon tullantılarını artırmaq və davamlı inkişaf təcrübələrini təşviq etmək səylərindən danışıb.
CAKTB-nin baş icraçı direktoru İsmayıl Sunqa Cənubi Afrika ölkələrində kənd təsərrüfatı sektorunun canlandırılmasının vacibliyini vurğulayaraq, fermerlərin iqlim dəyişikliyi qarşısında uyğunlaşma strategiyalarının bir hissəsi kimi rəqəmsal əkinçilik texnologiyalarını mənimsəmələrinin zəruriliyini bildirib.