Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 11 aprel, AZƏRTAC
Aprelin 11-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0201040083 ISIN-li, 40 milyon manat həcmində, 1092 gün olan tədavül müddətli Kuponlu, Dövlət Ortamüddətli İstiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 25 investor tərəfindən qiymət intervalı 83.3171 (14 faiz) manat və 98.0261 (7,75 faiz) manat olan 74 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 95.4686 (8,75 faiz) manat, orta ölçülmüş qiyməti 96.4273 (8,3713 faiz) manat müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 181 milyon 719 min 300 manat, yerləşdirilmiş həcmi isə 60 milyon manat təşkil edib. İstiqrazlar 2026-cı il aprelin 7-də ödəniləcək. Hərrac iştirakçıları aprelin 12-dək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]