Maliyyə xidmətləri ƏDV-dən azaddır
Bakı, 10 mart, AZƏRTAC
“Visa Card” və “MasterCard” Prosesinq Mərkəzlərində xidmət göstərdiyi üçün ƏDV-yə cəlb olunurmu? Həmçinin “Visa Card” və “MasterCard” sistemləri Azərbaycan bankına konsultasiya xidməti göstərdiyi halda ƏDV-yə cəlb edilirmi?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, Vergi Məcəlləsinin 164.1.2-ci maddəsinə əsasən, maliyyə xidmətləri ƏDV-dən azaddır. Maliyyə xidmətlərinin siyahısı isə Vergi Məcəlləsinin 13.2.14-cü maddəsində təsbit edilib. Beynəlxalq kart təşkilatları (“MasterCard” və “Visa”) tərəfindən banklara göstərilən xidmətlər Vergi Məcəlləsinin 13.2.14-cü maddəsi ilə əhatə olunan maliyyə xidmətlərinə aid edildiyi halda bu xidmətlər müqabilində ödənilən xidmət haqları ƏDV-dən azaddır. Həmin xidmətlər maliyyə xidmətlərinə aid olmadığı halda isə bu xidmətlər ƏDV-yə cəlb edilən əməliyyat hesab olunur və bu xidmətlərin müqabilində ödənilən haqdan ƏDV tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]