İDMAN
Mariya Şoloxova: XV Avropa Gənclər Yay Olimpiya Festivalı mənim üçün böyük təcrübə oldu
Bakı, 27 iyul, Şahnaz Abdullayeva, AZƏRTAC
XV Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak etdiyimə görə sevinirəm. Finala qədər uğurlu çıxış etdim, amma təəssüflər olsun ki, çempion adını qazana bilmədim.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalında tennis üzrə qızlar arasında fərdi və cütlük yarışlarının gümüş medalçısı Mariya Şoloxova deyib.
“Final oyunu çox gərgin keçdi. Çempion olacağıma ümidlərim çox idi. Çünki hazırlıq səviyyəm buna imkan verirdi. Final həyəcanı, yorğunluq öz nəticəsini göstərdi, qızıl medalı qazana bilmədim. Ən əsası vətənimə əliboş qayıtmıram. XV Avropa Gənclər Yay Olimpiya Festivalı mənim üçün böyük təcrübə oldu”, - deyə rusiyalı tennisçi vurğulayıb.