Mark Rütte NATO-nun Ankarada keçiriləcək sammitinə hazırlıqla bağlı Türkiyəyə minnətdarlıq edib
Ankara, 20 avqust, AZƏRTAC
NATO-nun Baş katibi Mark Rütte Şimali Atlantika Alyansının dövlət və hökumət başçılarının Ankarada keçiriləcək sammitinə hazırlığa görə Türkiyə hakimiyyətinə minnətdarlığını bildirib.
AZƏRTAC xəbər verir ki, M. Rütte Türkiyəni “NATO hərbi-siyasi blokunun ümumi təhlükəsizlik arxitekturasına əvəzsiz töhfə verən güclü müttəfiq” adlandırıb.
O, növbəti NATO sammitinin 2026-cı il iyulun 7-8-də Ankaradakı Prezident Kompleksində keçiriləcəyini açıqlayıb. “Liderlər Alyansı möhkəmləndirmək, onu daha güclü, ədalətli və effektiv platformaya çevirmək üçün səyləri davam etdirmək imkanı əldə edəcəklər”, - deyə Baş katib diqqətə çatdırıb.
O, həmçinin əmin olduğunu bildirib ki, müttəfiqlərin səyləri təhlükəsizlik sahəsində ciddi çağırışlara cavab vermək üçün daha hazırlıqlı olmağa imkan verəcək.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:39]
Fransada dövlət sektorunda ümummilli tətil keçirilir
- 29.09.2026 [11:40]
İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir
- 29.09.2026 [11:33]
Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]