MARŞALL ADALARI RESPUBLİKASI ABŞ-DAN 3 MİLYARD DOLLAR KOMPENSASİYA TƏLƏB EDİR
Sənəddə Birləşmiş Ştatların MAR ilə kompensasiya məsələsini müzakirə etməsinin vacibliyi vurğulanmışdır. Sakit okeanın cənub hissəsinin ölkələri atom sınaqları nəticələrinin tamamilə aradan qaldırılması üçün bu danışıqları çox vacib sayırlar. Zirvə toplantısının bəyanatında deyilir: “Vaşinqton bu sınaqlardan ziyan çəkmiş MAR sakinlərinə kompensasiya verməli, partlayışların həyata keçirildiyi rayonlarda ekoloji təhlükəsizliyin bərpası və köçürülmüş əhalinin qaytarılması üçün məsuliyyəti boynuna götürməlidir”.
Xatırladaq ki, ABŞ 1946-1958-ci illərdə Marşall adalarında 67 nüvə sınağı keçirmiş və bunun nəticəsində 60 min adam zərər çəkmişdir. Bu sınaqlar ərazinin radioaktiv zəhərlənməsinə və onkoloji xəstəliklərdən ölüm hallarının artmasına səbəb olmuşdur. 2001-ci ildə Vaşinqton 270 milyon dollar məbləğində kompensasiya ödəsə də, MAR hökuməti bunu yetərli hesab etmir.