Martın 8-də havanın temperaturu 22 dərəcəyədək yüksələcək

Bakı, 7 mart, AZƏRTAC
Martın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 faiz, gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 17-22° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti olacaq.
Naxçıvan MR-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 15-20 dərəcə isti təşkil edəcək.
Qarabağ və Şərqi Zəngəzur bölgəsində havanın əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı proqnozlaşdırılır. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti olacaq.
Gəncə-Qazax bölgəsində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-7, gündüz 15-20 dərəcə isti təşkil edəcək.
Şəki-Zaqatala və Quba-Xaçmaz bölgəsində havanın əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı proqnozlaşdırılır. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti olacaq.
Mərkəzi Aran bölgəsində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8, gündüz 17-22 dərəcə isti təşkil edəcək.
Lənkəran-Astara bölgəsində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı proqnozlaşdırılır. Zəif şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-7, gündüz 13-18, dağlarda gecə 3-6, gündüz 11-16 dərəcə isti olacaq.