Masallıda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş idman yarışları başa çatıb
Masallı, 21 yanvar, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Gənclər və İdman İdarəsinin, Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə məktəblilər arasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş idman yarışları başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışlarda 200-ə yaxın məktəbli şahmat, minifutbol, voleybol, yunan-Roma güləşi və stolüstü tennis üzrə qüvvə və bacarıqlarını sınayıb.
Qaliblərə Masallı Rayon Gənclər və İdman İdarəsi və Uşaq-Gənclər İdman Şahmat Məktəbinin diplomları təqdim olunub.