Azərbaycan Dövlət İnformasiya Agentliyi

Karlos Moreno: Qarabağın bərpası münaqişə yaşamış ölkələr üçün yeni bir modeldir - MÜSAHİBƏ

Karlos Moreno: Qarabağın bərpası münaqişə yaşamış ölkələr üçün yeni bir modeldir -  MÜSAHİBƏ

Bakı, 14 may, AZƏRTAC

Müasir şəhərlər dərin transformasiya dövrünü yaşayır, bu, ərazilərin bərpa edilməsi, davamlı inkişafa keçid və ənənəvi urbanizasiya modellərinin yenidən düşünülməsi zərurətindən irəli gəlir. Müzakirələrin mərkəzində polisentrik və insan mərkəzli şəhərlər, yerli infrastrukturun inkişafı və karbon izinin azaldılması konsepsiyaları da daxil olmaqla, şəhərsalmaya yeni yanaşmalar yer alıb.

Fransız-kolumbiyalı urbanist, professor, Fransa Texnologiyalar Akademiyasının üzvü, “15 dəqiqəlik şəhər” konsepsiyasının müəllifi Karlos Moreno AZƏRTAC-ın suallarını cavablandırıb.

- Azərbaycan hazırda yeni şəhərlərin, infrastrukturun, “ağıllı” və dayanıqlı icmaların tikintisi də daxil olmaqla, Qarabağın bərpası və inkişafına dair genişmiqyaslı layihələr həyata keçirir. Sizcə, bu təcrübə münaqişə və dağıntılar yaşayan ölkələr üçün bir model və ya praktik dərs mənbəyi ola bilərmi?

- Bəli, şübhəsiz. Əslində, bu gün əraziləri bərpa etmək üçün 21-ci əsr üçün yeni şəhərsalma paradiqmaları hazırlamalıyıq. Bir çox şəhərlər, xüsusən də XX əsrdə, uzun məsafələr, işə uzun gediş-gəliş, həddindən artıq şəhər sıxlığı və məkan seqmentasiyası prinsipləri üzərində qurulub. XXI əsrdə şəhərlərimizi yenidən layihələşdirmək üçün fürsət yaranıb. Buna görə də, mənim məsləhətim polisentrik şəhərlər konsepsiyasına arxalanmaq, yeni fəaliyyət mərkəzləri inkişaf etdirmək və insanların yaxınlığında daha çox xidmət yaratmaqdır. Bu, bir tərəfdən, CO₂-nin karbon izini azaltmağa, digər tərəfdən isə daha yüksək həyat keyfiyyətini təmin etməyə imkan verəcək. Yaşayış yerinə yaxın xidmətlərin əlçatanlığı daha çox “yaşıl ictimai məkanların”, yerli iş yerlərinin, yerli pərakəndə satış, mədəni tədbirlərin, məktəblərin, təhsil və tibb xidmətlərinin, eləcə də müxtəlif sosial fəaliyyətlər üçün məkanların yaradılmasına kömək edir. Bu gün bu paradiqma müasir şəhərsalmanın ən aktual məqsədlərindən biridir - daha dayanıqlı şəhərlər, aşağı karbonlu mobilliyin inkişafı, piyada, velosipedlə, ictimai nəqliyyatla hərəkət etməyə və insan mərkəzli şəhərlərin yaradılmasına keçid. Məhz bu, bu gün bizim prioritetimizdir. Sürətli şəhərsalma kontekstində - istər Azərbaycanda, istərsə də Bakının yeni rayonlarında - daha çox insan mərkəzli şəhərlərin layihələşdirilməsinə yeni bir yanaşma tətbiq etmək olduqca vacibdir.

- Ümumdünya Şəhərsalma Forumu - WUF13 Azərbaycan üçün mühüm beynəlxalq hadisə olacaq. Sizcə, WUF13-ün Bakıda keçirilməsi Azərbaycan üçün beynəlxalq imic, peşəkar mübadilə və gələcək şəhər inkişafı baxımından nə ifadə edə bilər?

- Ümumdünya Şəhərsalma Forumu bu sahədə dünyada ən böyük tədbirdir. Hər iki ildən bir şəhərlərin inkişafında maraqlı olan beynəlxalq ictimaiyyət müzakirə etmək, təcrübə mübadiləsi aparmaq, əməkdaşlıq etmək və yeni tədqiqat paradiqmalarını formalaşdırmaq üçün bir araya gəlir. BMT səviyyəsində şəhər inkişafı və yaşayış sahəsində çalışan bütün beynəlxalq urbanist icmanın həftə ərzində Bakıda olması çox böyük əhəmiyyət kəsb edir. Həmçinin ən böyük beynəlxalq yerli özünüidarəetmə təşkilatı olan UCLG – “United Cities and Local Governments” (Birləşmiş şəhərlər və yerli hakimiyyət orqanları) təşkilatının da Baş Assambleyası keçiriləcək. Bu, həqiqətən də böyük şəhərlərin merlərinin, regional liderlərinin və yerli hakimiyyət orqanlarının nümayəndələrinin ən vacib görüşüdür.

Bundan əlavə, Ümumdünya Şəhərsalma Forumu Akademiyasına - akademik ictimaiyyətin, tədqiqatçıların və tələbələrin cəlb edilməsinə yönəlmiş yeni proqrama start veriləcək. Həmçinin “peer-to-peer” – iştirakçılar arasında peşəkar mübadilə formatında görüşlər də təşkil ediləcək.

- Son illərdə Azərbaycan özünü qlobal tədbirlər və şəhərsalma təşəbbüsləri üçün platforma kimi fəal şəkildə təqdim etdiyini nəzərə alsaq, ölkənin beynəlxalq imicinin formalaşmasında memarlıq və şəhərsalmanın rolunu necə qiymətləndirirsiniz?

- Bu gün biz yeni iqtisadi və biznes modellərinə qlobal keçid dövründə yaşayırıq. Bəşəriyyət qlobal iqlim dəyişikliyi təhlükəsi ilə üzləşir və məhz şəhərlər bu transformasiyanın mərkəzindədir. Biz şəhərlərimizdə həyat keyfiyyətinin həqiqətən daha yüksək olmasını təmin etməliyik. Memarlıq və şəhərsalma bu gün ənənəvi həyat tərzimizi dəyişdirmək üçün əsas alətlərdir. Ümid edirəm ki, bu həftə ərzində Azərbaycanda Asiya, Afrika, Latın Amerikası və Avropadan olan müxtəlif qlobal praktikaları eşitmək və müxtəlif nöqteyi-nəzərlər mübadiləsi aparmaq üçün əla fürsətimiz olacaq. Təbii ki, mənim anadan olduğum Cənubi Amerikanın ehtiyacları Avropa və ya Asiyanın ehtiyacları ilə tam üst-üstə düşmür, lakin şəhərsalma və memarlıqda yanaşmaların daha geniş qlobal konvergensiyasını inkişaf etdirməliyik. Mövcud keçid dövrünü ən effektiv şəkildə idarə etmək üçün XXI əsr şəhərsalma və memarlığı üçün daha yaxşı qarşılıqlı əlaqə və ortaq baxış yaratmalıyıq.

- Cənubi Qafqazdakı şəhərlərin gələcəyindən danışarkən, sizcə, Azərbaycan davamlı şəhər inkişafına dair yeni regional standartın formalaşmasında hansı rolu oynaya bilər?

- Davamlı şəhər inkişafı bu gün dünyanın bütün bölgələri üçün mütləq vacibdir və davamlılıq üç əsas elementdən ibarətdir. Birincisi, şəhərlərin karbon izini azaltmağa və biomüxtəlifliyin qorunmasına yönəlmiş ekoloji modeldir. İkinci aspekt müsbət sosial təsirdir. Qarışıq şəhər icmaları yaratmaq, müxtəlif xidmətləri birləşdirmək və insanların səhiyyə, qida, su, sanitariya, təhsil və mədəniyyətə daha yaxından çıxışını təmin etmək lazımdır. Üçüncü aspekt iqtisadi inkişafdır. Daha dinamik yerli iqtisadiyyatlar inkişaf etdirməli, qısa iqtisadi zəncirlər gücləndirilməli, yerli xammaldan istifadə edilməli, yerli bilikləri inkişaf etdirməklə yerli əlavə dəyər yaratmalıyıq. Məhz bu üç element - ekoloji, sosial və iqtisadi - davamlılığın təməlini təşkil edir.

- Azərbaycan davamlı inkişafa və “yaşıl keçidə” böyük diqqət ayırır. Memarlıq sektoru bu gün milli ətraf mühit gündəliyinə həqiqətən də nə dərəcədə təsir göstərə bilir?

- Azərbaycan, Asiya, Avropa və digər bölgələrdə memarlıq sektorunun inkişafına yeni ekoloji və şəhərsalma siyasətləri çərçivəsində ən yüksək prioritet verilməlidir. Hesab edirəm ki, Azərbaycan hökumətindən “yaşıl inkişafa” keçidi idarə etmək üç zaman üfüqünə əsaslanan güclü bir strategiya tələb edir.

Birincisi, mövcud böhranlara cavab vermək üçün zəruri olan qısamüddətli perspektiv, ikincisi, taktiki şəhərsalma və yerli və regional planlar vasitəsilə şəhərlərin və ərazilərin inkişafını gücləndirmək üçün növbəti 3-6 ili əhatə edən ortamüddətli perspektiv, üçüncüsü isə uzunmüddətli perspektiv. Uzunmüddətli plan 10, 15 və ya 20 il üçün strategiyadır. Hesab edirəm ki, hökumətdə bu keçidi idarə edən ekoloji agentliyin olması çox müsbət faktdır ki, bu da qısamüddətli, ortamüddətli və uzunmüddətli planlaşdırma səviyyəsinə əsaslanır.

Müəllif – Tamilla Məmmədova

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir