Masallıda arvadını öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib
Bakı, 31 iyul, AZƏRTAC
Xəbər verildiyi kimi, 1975-ci il təvəllüdlü Sədaqət Səfərovanın qəsdən öldürülməsi faktı ilə bağlı Masallı Rayon Prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.
Rayon Prokurorluğundan AZƏRTAC-a bildirilib ki, istintaqla Gülağa Bəndəliyevin arvadı Sədaqət Səfərovanı Masallı rayonu, Təzə Alvadı kəndində sonuncunun işlədiyi ərzaq mağazasının qarşısında bıçaqla bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq xüsusi amansızlıqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Gülağa Bəndəliyevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:23]
NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib
- 29.09.2026 [12:20]
Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərdə baş verib
- 29.09.2026 [12:04]
Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb
- 29.09.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 29.09.2026 [11:08]
Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]