Masallıda doqquz mindən çox tut tingi əkilib
Masallı, 16 dekabr, Bağır Əliyev, AZƏRTAC
Masallı rayonunda ənənəvi təsərrüfat sahələrindən biri baramaçılıqdır. Uzun illər rayonda tənəzzül dövrünü yaşayan kənd təsərrüfatının bu gəlirli sahəsi dövlət dəstəyi ilə yenidən inkişaf etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallı rayonunda baramaçılığın yem bazasını möhkəmləndirmək məqsədilə yeni tut bağları salınır.
Bu günlərdə rayona 9070 ədəd tut tingi gətirilərək ərazilər üzrə əkilib. Tinglərin əkinində mütəxəssislər yaxından iştirak ediblər.
Yeni tinglərin əkilməsi ilə yanaşı, mövcud tut bağlarına da aqrotexniki qaydada qulluq göstərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]