MASALLIDA ƏMƏKDAR MƏŞQÇİ YAQUB MƏMMƏDOVUN YUBİLEYİ KEÇİRİLMİŞDİR
Tədbir iştirakçıları şəhər mədəniyyət və istirahət parkında ümummilli liderimiz Heydər Əliyevin abidəsinin önünə gül-çiçək dəstələri düzmüş, böyük öndərin xatirəsini ehtiramla yad etmişlər.
Mərasimdə rayon icra hakimiyyəti başçısının birinci müavini Nadir Abıyev çıxış edərək, rayon ictimaiyyəti adından yubilyarı təbrik etmiş, rayon idmançılarının qazandığı uğurları diqqətə çatdırmışdır.
Rayon icra hakimiyyəti başçısının Ərkivan kəndi üzrə nümayəndəsi Kamal Mazanov Yaqub Məmmədovun şərəfli ömür yolu barədə iştirakçılara məlumat vermişdir.