Masallıda narkotik vasitənin təsiri altında olan sürücü cəzalandırılıb
Masallı, 12 fevral, İlkin Adıyev, AZƏRTAC
Masallı şəhəri ərazisində hərəkətdə olan “VAZ-2107” markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, həmin nəqliyyat vasitəsini idarə edən Masallı rayon sakini İbrahim Əlizadə narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından onun tibbi müayinədən keçirilməsi təmin edilib.
Müayinənin nəticəsinə əsasən, İ.Əlizadənin nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub.
Həmin şəxs barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilib. Həmin inzibati xətanı il ərzində təkrar törətdiyi üçün məhkəmənin qərarı ilə İ.Əlizadə sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 8 gün müddətində inzibati qaydada həbs edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:49]
Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub
- 09.06.2026 [11:35]
Baş prokuror Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək
- 09.06.2026 [11:27]
“YAŞAT” Fondu Şəkidə yaz düşərgəsi reallaşdırıb
- 09.06.2026 [10:38]
Ağcabədi sakini zəhərlənərək həyatını itirib
- 09.06.2026 [10:06]
Naxçıvanda vergi daxilolmaları 2,4 faiz artıb
- 09.06.2026 [10:05]
Oğuzda “Abad məhəllə” layihəsinin icrasına başlanılıb, davamı olacaq VİDEO
- 09.06.2026 [08:51]
Oğuzda gənclər üçün “Bir gün bir könüllü gənc” layihəsi başlayır
Bu saata olan əsas xəbərlər
- [12:00]
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [23:50]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [23:27]